Bilik Fondu ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə Fəaliyyət Planı müzakirə olundu

Bilik Fondu ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə Fəaliyyət Planı müzakirə olundu

     Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən Assosiasiyanın icraçı drektoru, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova və qurumun nümayəndələri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

 

      Fəaliyyət Planında qadın sahibkarlığının təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, sahibkarlıq fəaliyyəti göstərən xanımların maarifləndirici görüşlərə cəlb olunması, elmi-praktik konfransların, seminar və təlimlərin, intellektual müsabiqələr və bilik yarışmalarının təşkili, müvafiq mövzuda materialların nəşri, sosial yönümlü videoçarxların hazırlanması, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında gənclər üçün vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə cəlb edilməsi ilə bağlı tədbirlər əksini tapıb.

 

    Görüşdə son əlavə və düzəlişlərdən sonra birgə Fəaliyyət Planının icrsaına başlanılması qərara alınıb.

 

 7News.Az

Xəbər lenti