lombard

Binəqədi rayonunda “Beynəlxalq Könüllülər Günü” ilə bağlı ASAN Tur təşkil edilibdir - FOTOLAR

Binəqədi rayonunda  “Beynəlxalq Könüllülər Günü” ilə bağlı ASAN Tur təşkil edilibdir - FOTOLAR

03 dekabr tarixində "Beynəlxalq Könüllülər Günü” ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülər üçün ASAN Tur təşkil edilibdir.

Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər Binəqədi rayon ərazisinə ekskursiya etmiş və müxtəlif qəsəbələrində olmuşdurlar. Onlar ilk öncə Binəqədi qəsəbəsində yerləşən "Binəqədi IV dövr fauna və flora qəbirstanlığı" , 1908-ci ildə inşa edilmiş "Məscid və minarə"də olmuş və burada könüllülərə tarixi yerlər haqqında geniş məlumat verilmişdir.

Daha sonra gənclər Biləcəri qəsəbəsində olmuş və burada Güllə Yağışı abidəsi, Milli Qəhrəmanlar Parkını ziyarət etmişlər.

Sonra gənclərAzadlıq prospekti ilə tanış olmuş və yolboyu görülən işlər haqqında ətraflı məlumat verilmişdir. Daha sonra 6 mkr məscid yolu boyu ərazi ilə tanış olan gənclər "Heydər” məscidini ziyarət etmişdirlər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olmuşdur.

Ekskursiyanın sonunda gənclər Heydər Əliyev adına istirahət parkında nahar etmişdirlər.




 

7News.Az

Xəbər lenti