"Bir gecədə 20 kişi ilə yatırdım, qətli gördüm" - FOTO

Sara Forsayt 19 yaşı olanda insan alverçilərinin toruna düşmüşdü. İngiltərənin Taynsayd şəhərinin sakini olan Sara iş tapmaq ümidi ilə Hollandiyanın paytaxtı Amsterdama getmişdi.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, restorana işə düzəlmək istəyən Sara priton sahibinin vədlərinə aldanmış və fahişəxanaya düşmüşdü.

19 yaşlı qız dəfələrlə zorlanandan sonra vəhşicəsinə döyülmüş, otağa salınaraq kölə edilmişdi.

Sonra isə o, fahişəliyə vadar olunmuşdu.

"Bir gecədə ən azı 20 kişi ilə yatır, 20 "müştəri"yə "xidmət" edirdim. Gecələrin birində mənə qətl videosu göstərdilər. 20 yaşlı qızı öldürürdülər o videoda. Qız priton sahibinin əmrlərinə tabe olmamışdı", - Sara Forsayt deyib.

 

İndi 42 yaşı olan Sara Forsayt 1997-ci ildə pritondan qaçaraq polisə sığınıb.

İndi Taynsaydın yaxınlığındakı Geytseyddə yaşayan S.Ferqüsson Amsterdamın "Qırmızı fənərlər" səmtindəki vəhşətlər barədə xatirələrini danışıb.

"Onlar Taylanddan olanq qızı da öldürdülər. Çünki o qız yetərincə pul qazana bilməmişdi. Qətlin videosunun kadrlarını tez-tez yuxuda görürəm, qışqırıb ayılıram. Günlərin birində isə sutenyorun başını kəsib küçəyə atmışdılar. O, fahişələrə nəzarət uğrunda davada uduzmuşdu", - S.Forsayt söyləyib.

7News.Az


Xəbər lenti