Bir manatlıq cinayətə görə prokuror 16 il iş istədi

Bir manatlıq cinayətə görə prokuror 16 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən həmkarı Rövşən Hüseynova cəza istənilib.

Hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R.Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 1-də davam etdiriləcək.

Hadisə "Koroğlu" metrostansiyasının qarşısında baş verib. Başqa ərazidə taksi fəaliyyəti ilə məşğul olan R.Hüseynovun axşam evə gedən zaman metrostansiyanın qarşısından Mərdakəna 1 manata müştəri götürməsi T. Daşdəmirova xoş gəlməyib və bunun düzgün olmadığını deyib. T.Daşdəmirov R.Hüseynovun maşınında olan müştəriləri düşürtmək istəyib. Taksi sürücüsü R.Hüseynov həmkarı Tahir Daşdəmirovla mübahisə edib və onu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən T.Daşdəmirovun həyatını xilas etmək mümkün olub./qafqazinfo

 

7news.Az

Xəbər lenti