"Bi̇r qızı 50 ki̇şi̇ zorladı və vi̇deoya çəkdi̇lər" - Adnan Oktar cinayətində ŞOK ETİRAF

Adnan Oktar cinayətində bacılardan qan donduran etiraf -Mənim lüt şəkillərimi istədi, mən də, göndərdim
( BİR QIZA 50 KİŞİ TƏCAVÜZ ETDİ VƏ VİDEOYA ÇƏKDİLƏR)

Türkiyədə həbs olunan Adnan Oktar cinayətiylə bağlı yeni dəhşətli detallar məlum olub.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan Oktarla yanaşı onun 235 tərəfdarına qarşı aparılan istintaqda bir ailədən 3 gənc qızın Adnan və qrupunun tələsinə düşərək zorlandığı açıqlanıb.

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Türkiyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyatda Oktar və tərəfdarlarının bir ailənin üç qızını necə aldadıb tələyə saldığı ortaya çıxıb. 

Bacılardan biri ifadəsində belə deyib: "Hər görüşdə mənə dəfələrlə təcavüz edirdi. Bizi aldatdı.


"Bacımı modellik agentliyinə yazdıraraq məşhur model edəcəyini demişdi".

Üç bacıdan biri Adnan Oktarın əsiri olarkən yaşadığı dəhşətli anları belə təsvir edir: "15 yaşından 17 yaşına qədər iki il ərzində Adnan Oktar və adamlarının cinsi təcavüzlərinə məruz qaldım. Bacım Ç. 2011-12-ci illərdə Beşiktaşda dərsə gedərkən Oktar qrupundan Ender Daban adlı biriylə tanış olur. Ender bacıma yalandan onu məşhur model edəcəyini deyərək aldadır.

Bir gün bacımın ad gününü qeyd etmək üçün getdiyimiz restoranda Ender və Oktar qrupunun digər üzvləriylə tanış olduq. Mən o gün tanış olduğum Qartal Göktan ilə sevgili olduq. Bir müddət sonra Kartal məndən çılpaq şəkillərimi istədi. Mən də göndərdim. Ç. adlı qız Kartal Göktanın dostlarıyla birgə dəfələrlə onu zorladığını bildirib". 

Adnan Oktar hər görüşəndə mənə təcavüz edirdi.

"Kartal şəkillərimi Oktara göndərmişdi. Bir gecə Kartal məni Adnan Oktarla tanış elədi. Bundan sonra isə Adnan mənə hər görüşdə təcavüz etməyə başladı".

Bacılar həmçinin başqa bir dəhşətli hadisəni də etiraf ediblər.

Bacılar o zamanlar 16 yaşlı qıza Adnan Oktarın əmriylə 50 kişi təcavüz etdiyini və bunu video lentə aldıqlarını bildiriblər.






 

7News.Az

Xəbər lenti