Biri anasını, biri arvadını, digəri isə... - Polisi öldürənlərin İNANILMAZ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI (YENİLƏNDİ)

Biri anasını, biri arvadını, digəri isə... - Polisi öldürənlərin İNANILMAZ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI (YENİLƏNDİ)

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

7news.Az xəbər verir ki, polis əməkdaşlarını qətlə yetirən və hazırda axtarışda olan həmin şəxslər radikal dindarlar və cinayətkarlardır.

Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

Rəşad Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə anasını qətlə yetirməkdə təqsirli bilinərək AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Müəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Fərrux Qasımovun qardaşı Qasımov Ramin Xaqani oğlu da cinayətkardır. O, 2016-cı ilin sentyanbr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə(xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib. Hal-hazırda həbsdədir.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.

 

7news.Az

Xəbər lenti