Bişkekdə rusiyalı biznesmenə sui-qəsd

Bişkekdə rusiyalı biznesmenə sui-qəsd

Bişkekdə rusiyalı biznesmen Aleksandr Qaydukovun maşını partladılıb. 

7news.Az "24.kg” portalına istinadla xəbər verir ki, hadisə zamanı iş adamı müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, biznesmenin avtomobilinin altında nəsə partlayıb. "Lexus” markalı avtomobil hadisə zamanı iş adamının evinin həyətində olub. Biznesmen xəstəxanaya yerləşdirilib. 

7news.Az

Xəbər lenti