"Biz "Vorskla"dan daha səviyyəli komandayıq" - "Qarabağ"ın futbolçusu

Biz "Vorskla"dan daha yaxşı, daha səviyyəli komandayıq. Meydanda da rəqibdən daha fəal oynadıq.

7News.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Vorskla"ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Qarşılaşma ilə bağlı fikirlərini bildirən bolqarıstanlı futbolçu məğlubiyyətə baxmaraq, yaxşı oynadıqlarını bildirib:"Qonaqlar qapımıza doğru cəmi 2 zərbə vurdular, biri qol oldu. Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik. Növbəti oyunumuzda qələbə qazanmalıyıq ki, azarkeşlərimizi sevindirək. "Pis oynadıq" fikri ilə razılaşmıram. Çünki bu gün yaxşı çıxış etdik. Kimsə başqa cür düşünə, şərh verə bilər. Mənim fikrimcə, komanda inamlı təsir bağışladı. Sadəcə, nəticə istədiyimiz kimi olmadı".

Bəxt amilindən gileylənən Slavçev öz çıxışına da toxunub: "Komanda uduzubsa, öz oyunumla bağlı nikbin danışa bilmərəm. Meydanda qalib gəlmək üçün hər şeyi edirəm. Amma bu gün bəxtimiz gətirmədi və məğlub olduq".

26 yaşlı oyunçu Qurban Qurbanovu
 

7News.Az

Xəbər lenti