"BMW" güzgünü sındırdı, qırmızı işıqdan keçib qaçdı - VIDEO

Seymur adlı oxucumuz redaksiyamıza video göndərərək onun avtomobilini vurub qaçan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edib. Oxucu bildirir ki, sentyabrın 13-də, səhər 08:05 radələrində, Yeni Günəşli qəsəbəsində öz şəxsi avtomobili ilə gedərkən, 90-FU-600 dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobili idarə edən sürücü onun maşınının güzgüsünü vurub, daha sonra əks yola çıxaraq svetoforun qırmızı işığında yoluna davam edib. Videodakı səsdən də güzgünün vurulması açıq-aşkar eşidilir.

7News.Az Avtosfer.az-a istinadən həmin videonu təqdim edir:

 

7News.Az

 

Xəbər lenti