Borclarını ödəmək bağlanan bankların müştəriləri üçün “ASAN” olacaq

Borclarını ödəmək bağlanan bankların müştəriləri üçün “ASAN” olacaq

Ləğv prosesində olan bankların müştəriləri kredit borclarını "ASAN ödəniş” sistemi vastəsilə "ASAN ödəniş” terminallarında nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödəyə biləcəklər. 

Bu barədə 7News.Az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. 

Bildirilib ki, onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya Fondun rəsmi www.adif.az saytındakı "Kreditlərin online ödənişi” səhifəsinə daxil olmaqla "ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.

7News.Az

Xəbər lenti