Braziliyalı futbolçu 25 yaşında öldü

Braziliyalı futbolçu 25 yaşında öldü

Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.

7news.Az Report-a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi vətəni Braziliyada ürək tutmasından dünyasını dəyişib.

O, əvvəllər Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də, Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb. "Sambaçı" geri qayıdacağına söz verdiyindən, tiraspollularla müqaviləsi qüvvədə olub. Lakin o, Moldovaya qayıtmayıb. Bu səbəbdən Teyşeyra Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunları buraxıb.

Qeyd edək ki, bu görüşlərdə Azərbaycan təmsilçisi Bakıda 0:0 hesablı heç-heçə etsə də, səfərdə qalib gəlib - 2:1.

 

7news.Az

Xəbər lenti