Britaniyalı “Ginnesin Rekordlar Kitabı”na düşdü: 500 bananla… - VİDEO

Britaniyalı “Ginnesin Rekordlar Kitabı”na düşdü: 500 bananla… - VİDEO

Böyük Britaniya idmançısı krallığın ətrafında üzmüş birinci insan olmaqla, "Ginnesin Rekordlar Kitabı”na düşüb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Ross Ecli iyunun 1-də İngiltərənin cənubi-şərqində yerləşən Kent qraflığının Marqit şəhərindən üzərək yola çıxıb.

İdmançının ada ətrafında tam dövrə vurması 155 gün davam edib və o, bu vaxt ərzində heç vaxt quruya çıxmayaraq 1780 mil (təxminən 2864 kilometr) məsafənin öhdəsindən gəlib. O, bəzən gündə 12 saata qədər üzürdü. Kişi səyahəti boyu təxminən 500 min kalori itirib və 500-dən çox banan yeyib.

 

İdmançının adı artıq avqustun 14-də - səyahətinin 74-cü günündə "Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdi. Açıq suda üzgüçülük üzrə beynəlxalq assosiasiyadan bildiriblər ki, bu, dənizdə ən uzun üzgüçülük idi.

Xəbər lenti