Bu aşpaz qaynar yağda yeməkləri əlləri ilə qarışdırır

Bu aşpaz qaynar yağda yeməkləri əlləri ilə qarışdırır

Yaponiyalı baş aşpaz Şudji Niitokme qeyri-adi bacarığı ilə tanınır.

7News.Az xəbər verir ki, aşpaz qaynayan yağı yalın əlləri ilə qarışdırır. 44 yaşlı Niitokme qızğın yağda dəniz məhsulları hazırlamaqla məşhurdur.

Aşpazın bu məharəti isə 20 il əvvəldən başlayıb. Belə ki, Şudji ideal temperaturu öyrənmək məqsədilə əlləri ilə yağı qarışdırırmış və bu, onda vərdişə çevrilib.

 

7News.Az

Xəbər lenti