Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

"Azərişıq" ASC abonentlərinə xəbərdarlıq edib.

Dövlət şirkətinin mətbuat xidmətindən 7news.Az-a bildirilib ki, "Azərenerji" ASC-yə məxsus 110/35/10  kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq  18 noyabr 2017-ci il tarixində, saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

7news.Az

Xəbər lenti