Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Bu gün Vyanada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

7news.Az-ın məlumatına görə, E.Məmmədyarovun səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də danışıqlar aparacağı gözlənilir.

Azərbaycan XİN rəhbəri dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. 

 

7news.Az

Xəbər lenti