Bu gün metroda konsert verilir - FOTO - VİDEO

Bu gün metroda konsert verilir - FOTO - VİDEO

Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd edilir.

Bayramın qeyd edildiyi tarix Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC ənənəsinə sadiq qalaraq, 18 Sentyabr - Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edir.

Bu gün metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunur.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- "İçərişəhər" stansiyası - saat 11:00-12:30;

- "Sahil" stansiyası - saat 12:00-13:30.

 

- "28 May" stansiyası - saat 13:00-14:30;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30.

Qeyd edək ki, bu gün həm də Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Bu səbəbdən hər il 18 sentyabr tarixi Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. 

7News.Az

Bu gün metroda konsert verilir

Xəbər lenti