Bu gün Xıdır Nəbi bayramı başlayır

Bu gün Xıdır Nəbi bayramı başlayır
Xalq təqvimində qış fəsli iki əsas mərhələyə bölünür. 40 gün sürən böyük çilləyə (22 dekabr – 31 yanvar) və 19 gün sürən kiçik çillə (1 fevral – 20 fevral). Fevralın 20-dən sonrakı 30 gün isə boz ay adlanır.
 
Hər il fevralın 9,10,11-də isə qədim ellərimizdə Xızır İlyas bayramı qeyd edilib.

Qədim xalq mərasimlərindən biri olan Xıdır Nəbi (Xızır İlyas) bayramından sonra yalançı çərşənbə, daha sonra isə xəbərçi çərşənbə və boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır. Xıdır Nəbi təbiətin oyanmasına başlanğıcdır.

Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi” kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir.Bu bayram da Novruz bayramı kimi təbiətin oyanması və əkinçilik görüşləri ilə əlaqələndirilir. Demək olar ki , bütün türk xalqları tərəfindən qeyd edilən və bilinən qədim mərasimdir. Qonşu Türkiyədə bu bayram – yəni Xıdırəlləz bu gün də maraqlı şəkildə qeyd edilir. İnsanlar arzularını bir kağıza yazır, gül və ya ağac dibinə basdırırlar. Başqa bir inanca görə arzular yazılmış kağız parçası axar suya buraxılır. Bu bayramda qorqa bişirmək, kirkirədə bərəkət rəmzi olaraq buğda üyütmək, tonqal qalamaq , qapılardan pay yığmaq adətləri olub./bizimyol.net
 
7News.az

Xəbər lenti