Bu ölkə BMT-nin qara siyahısına salındı

Bu ölkə BMT-nin qara siyahısına salındı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Arakanlı müsəlman qadınlara, qızlara qarşı mütəşəkkil cinsi zorakılıq və təcavüz həyata keçirən "Myanmar ordusunu "Utanc" siyahısına salıb.
 
7news.Az Türkiyə mətbuatına istinadən bildiri ki, BMT-nin yeni portuqaliyalı baş katibi Antonio Quterres (Antoniu Guterres) "Uşaqlar və silahlı qarşıdurmalar” ilə əlaqəli həsabatı BMT Təhlükəsizlik Şurasına təqdim etdi. Belə ki, hesabata əlavə edilən qara siyahıda Myanmar ordusu da yer tutub.
 
Hesabata görə, Myanma ordusu və arakanlı irqçi buddist azlıqlar tərəfindən həyata keçirilən azğın əməliyyatlarda 428 müsəlman şəhid edilib, 440 nəfər həbs olunub, 192 qadına təcavüz edilib. 160 müsəlman işgəncəyə məruz qalıb, 1780 ev yandırılaraq yararsız hala gətirilib, məscidlər oda verilib.
 
7news.Az

Xəbər lenti