Bu qaymaqları alanda ehtiyatlı olun – FOTO

Bu qaymaqları alanda ehtiyatlı olun – FOTO
Bakıda fəaliyyət göstərən supermarketlərin birində istifadəyə yararsız qaymaq aşkarlanıb.
 
Oxucularımızdan biri BNEWS.az-a aldığı keyfiyətsiz məhsulun şəkilini göndərib.
 
Onun sözlərinə görə, supermarketdə "İvanovka” mal nişanı altında satılan qaymağı alıb. Məhsulun üzərində aprelin 22-nə qədər istifadə müddəti olduğu qeyd olunub. Müştəri evə gələndən sonra isə qaymağın istifadəyə yararsız olduğunu görüb və məhsuldan xoşagəlməz qoxu gəldiyini hiss edib.
 
Şəkildən də görmək olur ki, qaymağın üzərində sarı-qəhvəyi ləkələr var. Alıcı iddia edir ki, məhsulun istifadəyə yararlılıq tarixi dəyişdirilib və istehlakçıya köhnə qaymaq sırınıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əməkdaşımıza bildirib ki, Bakıdakı əksər supermarketlərində eləcə də bütün bazarlarda "İvanovka məhsulları” adı altında şıdırığı satış həyata keçirilir: "Hazırda "İvanovka mallarıı” kimi təqdim edilən yağ, pendir, xama, qaymaq, süd, qatıq və sair ağartı məhsullarına alıcıların müsbət yanaşdığı heç kimə sirr deyil”.
 
Eyyub Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyi 10 ilə yaxındır ki, bu məsələni həll etmək üçün mübarizə aparır: "Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermişəm ki, İvanovka adı altında satılan məhsulların əksəriyyətinin bu kəndlə bağlılığı yoxdur. Uzun müddətdir bir sıra gizli sexlərdə quru süddən, mənşəyi məlum olmayan südlərdən "İvanovka” mal nişanı adı altında ağartı məhsulları istehsal olunur. "Uzun Ömür İvanovka” və "Qafqaz İvanovka” MMC də Bakı ətrafında antisanitar şəraitdə mal istehsal edirlər. Bu məsələ kökündən həll olunmalıdır”.
 
7news.Az
 

Xəbər lenti