Bu qulaqcıqlar gizli səs dinləyir

Bu qulaqcıqlar gizli səs dinləyir

Əpl şirkətinin istehsalı olan naqilsiz qulaqcıqlar gizli şəkildə ətrafdakı səsləri dinləyə bilir.

Qulaqcıqların bu özəlliyi eşitmə qüsurlu insanlar üçün nəzərdə tutulsa da, bundan başqa məqsədlərlə istifadə edənlər də var.

Belə ki, şirkətin bir müddət əvvəl təqdim etdiyi yeni qulaqcıqlar eşitmə qüsurlu insanların Ayfonlarını mikrofon kimi istifadə etmələrinə imkan verir. Bu zaman onlar səsləri daha yaxşı eşidir. Lakin bu yenilikdən pis niyyətlə istifadə edənlər də var.

İstifadəçi Ayfonunu bir otaqda qoyub çıxsa da, qulaqcığın bu özəlliyi açıq olsa, o zaman otaqda danışılan hər sözü eşidə bilər.

7News.Az

Xəbər lenti