Bu səhnə Tehranın xoşuna gəlməyəcək - Ekspert rəyi

Bu səhnə Tehranın xoşuna gəlməyəcək - Ekspert rəyi
"Rusiya Suriyada yaman ilişib. DAİŞ-lə savaş adıyla Suriyada hərbi əməliyyatlar həyata keçirtdi, müttəfiqi Bəşər Əsədi qorudu. Suriyada DAİŞ ortada yoxdur bunun əvəzinə başqaları var. Hazırda Suriya ərazisində İran-İsrail savaşı qızışır. Bu savaş Rusiya prezidenti Vladimir Putini çətin duruma sürükləyib”.

BNEWS.az xəbər verir ki, Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bununla bağlı öz "Facebook" səhifəsində maraqlı təhlil paylaşıb.
 
O, qeyd edib ki, Kreml sahibi bir tərəfdən Suriyada İranla sözdə müttəfiqdir, o biri tərəfdən İrana görə İsraillə dost münasibətlərinə də son vermək istəmir: "Odur ki, Putin Suriya ərazisində İran-İsrail savaşına səssiz qalıb. İsrailin baş naziri Benyamin Netanyahu 9 may qələbə paradında Moskvada Putinlə birgə addımlayırdı. Bu səhnə Tehranın xoşuna gəlməyəcək. Putin hələ ki, nə İrana, nə də İsrailə söz deyə bilir, ancaq seyrçi mövqeyini davam etdirməsi Rusiyanın prestijinə zərər vurmağa başlayır”.
 
7news.az 

Xəbər lenti