Budapeştdə Azərbaycan bayrağının asılmasına icazə verilmədi - FOTO

Budapeştdə Azərbaycan bayrağının asılmasına icazə verilmədi - FOTO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan bayraqlarının görüşlərin keçirildiyi Laslo Pap adına İdman Arenasında asılmağına icazə verilməyib.

Bu barədə 7News.Az-a 79 kq çəki dərəcəsində Cəbrayıl Həsənovun finalını izləmək üçün Bakıdan Budapeştə yola düşmüş Bəxtiyar adlı azarkeş bildirib.

O qeyd edib ki, görüş zamanı ABŞ bayraqları asılsa da, Azərbaycan bayraqlarının asılmasına icazə verilməyib.

7News.Az

Xəbər lenti