Büdcə gəlirləri artıb

Büdcə gəlirləri artıb

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq, 4563,4 milyon manata, xərcləri isə 12,7 faiz artaraq, 4408,0 milyon manata çatıb. 

7news.Az xəbər verir ki, büdcənin icrasında yaranan 155,4 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9 faizini təşkil edib. 

Daxilolmaların 19,2 faizi əlavə dəyər vergisi, 10,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,8 faizi fiziki şəxslərin gəlir vergisi, 2,7 faizi aksizlər, 2,0 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 53,7 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub. 

7news.Az

Xəbər lenti