Büdcə xərcləri iki milyard manat artırılır

Büdcə xərcləri iki milyard manat artırılır

2018-ci ilin dövlət büdcəsi xərclərinin 2 milyard 14 milyon manat artırılaraq, 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulub.

7news.Az verir ki, bu, "2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Dəyişikliyə əsasən, 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 milyard 110 milyon manat, xərclər isə  23 milyon 61 milyon manat planlaşdırılıb.

Beləliklə, büdcənin gəlirləri gözlənilən ümumi daxili məhsulun 29,6%-ni təşkil edəcək. Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat və ya 33,9% çoxdur. 

Büdcə xərclərinin artırılmış hissəsi təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1% çoxdur.

Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz-bənd, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz-bənd çoxdur. 

7news.Az

Xəbər lenti