Bundan sonra telekanallar... - QANUN DƏYİŞDİ

Bundan sonra telekanallar... - QANUN DƏYİŞDİ

"Televiziya və radio yayımı haqqında” qanuna bir sıra dəyişikliklər Milli Məclisdə müzakirə edilib.

Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Jalə Əliyeva onun Tütün və tütün məmulatları haqqında qanun layihəsinə uyğunlaşdırma mahiyyəti daşıdığını bildirib.

J.Əliyeva deyib ki, qanuna edilən dəyişikliyə əsasən, telekanallar tütündən istifadə prosesini nümayiş etdirməməli və ya qapalı yayımlamalıdır:

 

"Bundan başqa telekanallar günün ən baxımlı saatlarında tütünün zərərlərindən bəhs edən və 90 dəqiqədən az olmayaraq veriliş hazırlamalıdır. Hazırlanan verilişlər barədə Milli Televiziya və Radio Şurasına məlumat verilməldir”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

7News.Az

Xəbər lenti