Buş corabla dəfn ediləcək - FOTO

Buş corabla dəfn ediləcək - FOTO

ABŞ-ın 41-ci prezidenti böyük Corc Buş hərbi aviasiya təsvirli corablarla dəfn ediləcək.

7News.Az xəbər verir ki, bunu Buş ailəsinin nümayəndəsi Cim Makqrat deyib.

Bildirilib ki, Buş təkcə prezident kimi yox, eyni zamanda gəncliyində corab kolleksioneri kimi də tanınıb:

"Buş corabları ilə əbədiyyətə qovuşacaq. Bu corablarda olan hərbi aviasiya təsvirləri onun 18 yaşında hərbi pilot kimi fəaliyyətə başlamasından xəbər verir”.

Qeyd edək ki, Buş 3 gün öncə 95 yaşında vəfat edib.

Xəbər lenti