Buşun qızı Ağ Evdəki kabuslardan danışdı

Buşun qızı Ağ Evdəki kabuslardan danışdı

ABŞ-ın sabiq prezidenti Corc Buşun kiçik qızı Cenna Buş-Xaqer deyib ki, Ağ Evdə yaşayan zaman kabuslarla qarşılaşıb. Bununla yanaşı, qadın əmindir ki, ABŞ liderlərinin iqamətgahındakı kabuslar mehribandır.

7News.Az "İzvestiya”ya istinadla xəbər verir ki, bir dəfə gecə vaxtı Cenna və bacısı Barbara 1920-ci ilin musiqisini eşidib. 

"Mən Barbaranın çarpayısında uzandım, biz yatmadıq. Bir həftə sonra bu hadisə təkrarlandı, bu dəfə isə opera mahnısı eşidilirdi”, - o qeyd edib.

Cenninin sözlərinə görə, o, Ağ Evin işçisinə bununla bağlı məlumat verib, ancaq həmin şəxs bu hadisəni adi qarşılayıb. 

"Mən nə eşitdiyimi desəm, sən inanmayacaqsan”, - həmin kişi bildirib. 

ABŞ-ın 43-cü prezidentinin qızları Cenna və Barbara 1981-ci ildə doğulub. Corc Buş prezident olan zaman onların artıq 19 yaşı vardı.

7News.Az

Xəbər lenti