BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı

BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda ÜDM-nin artımını 1,3% səviyyəsində proqnozlaşdırır.

7News.Az -ın xəbərinə görə, "World Economic Outlook” icmalında qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,6%-dək sürətlənəcək.  

Fondun dəyərləndirməsinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2%-ə qalxacaq. 

İnflyasiya göstəriciləri üzrə BVF daha optimist rəqəmlər açıqlayıb. Belə ki, proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda inflyasiya 3,5%-dək, 2019-cu ildə 3,3%-dək azalacaq. 2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiya isə 3% səviyyəsində proqnozlaşdırılır.

BVF 2018-ci ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-nin 6,6, 2019-cu ildə ÜDM-nin 8,1, 2023-cü ildə ÜDM-nin 9,6 faizi səviyyəsində dəyərləndirib. 

Bu il və gələn il üçün Azərbaycanda işsizlik göstəricisi 5 faiz səviyyəsində saxlanılıb. 

7News.Az

Xəbər lenti