Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb
Dünya Azərbaycanlıları Milli Birliyinin (DAMB) sədri Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sector müdiri Qafar Əliyev də iştirak edib.

Bu barədə BNEWS.az-a DAK sədrinin humanitar və mədəniyyət məsələləri üzrə müavini, DAMB-nin sədr müavini Xəzər Emin məlumat verib. 

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb - EKSKLÜZİV - FOTOX.Emin son günlər S.Rüstəmxanlı ilə C.Derəxti arasında konfliktin olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib: "Əvvəla, onu qeyd edim ki, Cavad Derəxti və Sabir Rüstəmxanlı önəmli şəxsiyyətlərdir. Onların arasında heç bir zaman inciklik olmayıb. Bundan sonra da, inanıram ki, olmayacaq. Çünki, bu iki şəxsiyyət birlikdə dünya azərbaycanlıları üçün böyük işlər ərsəyə gətiriblər. Cavad bəy Derəxti 6 il müddətində Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri olub. O, nəinki, Avropada, okeanın o tayında, Amrerikada, Kanadada və dünyanın hər bir ölkəsində azərbaycançılıq ideologiyasının carçısı olub. Biz onunla birlikdə çalışmışıq. Bizim Avropa parlamentinin qarşısında təşkil etdiyimiz mitinqlərimiz baş tutub. Strastburqda mitinqlərə, toplantılara təşkilatçılıq etmişik. Parisdə, İsveçdə, Norveçdə, Almaniyada və s ölkələrdə təşkilatçılığımızla mitinqlər həyata keçirə bilmişik. Bununla da, DAK-ın üzvləri olaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda əlimizdən gələni etmişik”.

"Cavad Derəxti ilə Sabir Rüstəmxanlı arasında heç bir zaman konflikt olmayıb”

O bildirib ki, bu əsassız şayiələr 2007-ci ildən sonra yayılmağa başlayıb: "2007-ci ildə DAK-a yeni sədr seçilməsi üçün qurultayımız baş tutdu. Və həmin qurultayda, bildiyiniz kimi, Cavad bəy sədr seçilmədi. Sabir Rüstəmxanlı seçildi. Və bu müddətdə də DAK-da müəyyən işlər görüldü. DAK-ın tanıdılması, Sabir bəyin onlarla bəyanatı oldu. İran dövlətinə qarşı, orada yaşayan azərbaycanlıların haqq səsinin tanıdılması istiqamətində müəyyən ciddi işlər həyata keçirildi. Sabir bəy, hər zaman Güneydəki soydaşlarımızın dil, təhsil və digər problemlərini işıqlandırmağa və həlli istiqamətində müəyyən işlər görməyə çalışıb. Mən Cavad bəyin 6 illik sədrlik dövründə sədrin humanitar və mədəniyyət məsələləri üzrə müavini olmuşam. Eyni zamanda, Sabir bəyin də sədrlik fəaliyyəti dövründə mən də həmin vəzifəmdə qalmışam. İndi əsas məsələ odur ki, bəziləri düşünürdülər ki, Sabir bəylə Cavad bəyin arasında gərgin münasibətlər mövcuddur. Bunu da Cavad bəyin 2007-ci ildə DAK sədri seçilməməsi ilə bağlayırlar. Çox təəssüf ki, əsl həqiqət tamam başqa bir məsələdir. Cavad bəy Derəkti 2007-ci ildən sonra da nə zaman Bakıya gələrdisə, S.Rüstəmxanlı ilə görüşürdü. Eyni zamanda, Avropada müxtəlif tədbirlərdə birlikdə iştirak ediblər. Onlar birlikdə, diasporamızın fəaliyyəti haqqında və xaricdə yaşayan soydaşlarımızın problemləri haqqında fikir mübadiləsi aparırdılar. Birlikdə bəyanat yayırdılar. Onlar iksi də bizim ağsaqqalımızdır. Çox təəssüflər olsun ki, bu gün bəziləri onların arasında gərgin münasibətlərin olduğunu iddia edirlər”.

"Biz hər iki təşkilat olaraq, gələcəkdə də birlikdə fəaliyyət göstərəcəyik”

X.Emin qeyd edib ki, S.Rüstəmxanlı və C.Deraxti Azərbaycan üçün birlikdə böyük işlər görüb: "Biz Cavad bəylə birlikdə 2010-cu ildə Dünya Azərbaycanlıları Milli Birliyi (DAMB) adlı təşkilatı təsis elədik və İsveçdə qeydiyyatdan keçirdik. Cavad bəyin təklifi və idarə heyətinin təşəbbüsü ilə həmin birliyə sədr mən seçildim. Sonradan belə qərar gəldik ki, mən Cavad bəyin müavini olum. Çünki, mən müavin kimi Bakıda, Cavad bəy isə sədr kimi Avropada daha geniş imkanlarla fəaliyyət göstərəcəkdi. Mən özüm DAK-ın vitse-prezidentiyəm. Bu, bir diaspora təşkilatıdır. Ona görə də, biz hər yerdə fəaliyyət göstərə bilərik. Biz müxtəlif dairələrdən, müxtəlif tribunalardan və müxtəlif təşkilatlardan sözümüzü deməyi bacarmalıyıq. Mən həm Sabir bəyin, həm də Cavad bəyin səlahiyyətli nümayəndəsiyəm. Ona görə də, əminliklə deyirəm ki, bu iki şəxs arasında heç bir zaman konflikt olmayıb. Kimin də nə sualı olsa, cavablandırmağa hazıram. Bizim hər zaman Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, eyni zamanda, Güney Azərbaycandakı soydaşlarımızın haqqlarının tanıdılması uğrunda mübarizəmiz davam edir. Biz hər iki təşkilat olaraq, gələcəkdə də birlikdə fəaliyyət göstərəcəyik. Biz birlikdə qurultaylar da keçirəcəyik”.

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb - EKSKLÜZİV - FOTO"Biz bundan sonra da birlikdə tədbirlər və qurultaylar keçirəcəyik”

Sədr müavini yaxın zamanlarda DAK-la DAMB-nin birlikdə keçirəcəyi tədbirlərdən də danışıb. O, tez bir zamanda təşkilatın qurultayının baş tutacağının gözlənildiyini bildirib: "Biz bundan sonra da birlikdə tədbirlər və qurultaylar keçirəcəyik. Biz Dünya Azərbaycanlıları Milli Birliyi olaraq bu yaxınlarda İsraildə qurultayımızı keçirmək istəyirik. Bununla bağlı danışıqlar gedir. İsrail müstəqil dövlətdir. Azərbaycanı sevən dövlətdir. Öz siyasəti var. Orada çoxlu azərbaycanlılar yaşayır. Yəhudi icması hər zaman dünyanın istənilən yerində Azərbaycan icmaları ilə birlikdə çalışıb. Onlar hər zaman bizim yanımızda olublar. Bunu Cavad bəy özü də dəstəkləyib. Dünyanın bir çox dövlətlərində biz qurultayını keçirmişik. Ümumiyyətlə, mən bir məsələni deyim ki, bizim təşkilat olaraq əsas hədəfimiz dünyada yaşayan 50 milyonluq azərbaycanlıların birliyini təşkil etməkdir. Və Azərbaycan dövlətinin , dövlətçiliyin dünyada tanıdılması istiqamətində işlər aparmaq. Biz siyasi təşkilat deyilik, təbii ki. Ancaq Azərbaycan dövləti, dövlətin atributları və ölkənin başında dayanan Cənab İlham Əliyev bizim üçün müqəddəsdirlər. Yenə də deyirəm ki, dostlarımız bu iki təşkilat arsaında konfliktlərin olduğunu iddia edənlərə inanmasınlar. Hər şey yaxşıdır, hər şey öz yolunda gedir. Qurultayımıızı da may ayında keçirməyi planlaşdırmışıq. Çünki, bilirsiniz ki, bu il AXC-nin yaradılmasının 100 illiyidir və bununla əlaqədar olaraq, Prezident İlham Əliyev sərəncam imzalayıb. Biz də bu sərəncamı dəstəklədik. Biz tədbirlərimizi dünyanın bir çox ölkələrində kçeirəcəyik. Yəni, qurultayların iksi də bu il baş tutacaq. Hər bir şəxs düşünməlidir ki, Vətən üçün nə edib. O düşünməməlidir ki, Vətən onun üçün nə edib”.

X.Emin sonda bir daha cəmiyyətdə yanlış fikirlər səsləndirənləri obyektiv olmağa çağırırb: "Sonda yenə, nəzərinizə çatdırım ki, DAK sədri Sabir Rüstəmxanlı DAMB hərəkatının sədri Cavad bəy arasında heç zaman konflikt olmayıb və heç bir zaman olmayacq da. Cavad bəyin bir sözü var, deyir ki, məni siz qəbul edin, mən onsuz da sizi qəbul edirəm. DAMB-nin nəzdində bizim xaricdə yaşayan dostlarımızın dəstəyi ilə "EvroAZ” onlayn televiziya fəaliyyətə başlayıb. Və yaxın bir zamanda televiziyanın fəaliyyətində geniş imkanlar əldə edib yayına başlayacağıq”.

Xəbər lenti