Cavid Qurbanov: "Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınmasında maraqlıdır "

Cavid Qurbanov:

"Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə dəmir məmulatlarının daşınmasında maraqlıdır".

 

7News.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.

 

O qeyd edib ki, Moskvaya səfəri zamanı metallurgiya şirkətləri ilə danışıqlar aparılıb.

 

"Danışıqlar zamanı Rusiya tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər ay 70 min ton dəmir məmulatlarını göndərmək niyyətində olduqlarını bəyan edib. Rusiya taxta, dəmir məmulatlarının Qarsa və Astaraya, Qarsdan isə əks istiqamətdə qida məhsullarının Rusiyaya daşınmasında maraqlıdır", - deyə C.Qurbanov bildirib.

Xəbər lenti