Cəfər Cabbarlının qızı dəfn olundu

Cəfər Cabbarlının qızı dəfn olundu
"Təzə pir” məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

Vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub./apa
 
7News.az

Xəbər lenti