“Cin şüşədən çıxdı...” - Elxan Şahinoğlu

“Cin şüşədən çıxdı...” - Elxan Şahinoğlu
Nikola Paşinyanın Serj Sarkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol S. Sarkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir”.
 
Bunu BNEWS.az-a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, N. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi: "Çünki Serj Sarkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır. N. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. "Cin şüşədən çıxdı...”, N. Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.
 
7news.az

Xəbər lenti