Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb. 
 
7news.Az

Xəbər lenti