“CinemaPlus Azerbaijan”da əsrin döyüşü — VİDEO

“CinemaPlus Azerbaijan”da əsrin döyüşü — VİDEO

"CinemaPlus Azerbaijan” premium kinoteatrı 27 avqust, səhər saat 07:30-da çoxdan gözlənilən "The money fight” döyüşü nümayiş etdirəcək. 

Bu barədə 7news.Az-a kinoteatrdan bildirilib.

Qarşıdurma amerikalı boksçu Floyd Meyvezer və hazırkı UFC çempionu olan irlandiyalı Konor Makqreqor arasında baş tutacaq. Lakin heç bir aparıcı boks qurumları bu döyüşü rəsmi təsdiq etmək niyyətində deyillər. 

Tarixi döyüş Las-Veqasda olacaq.

Hər bir döyüşçü döyüşə görə 100 milyon ABŞ dolları alacaq. Döyüş iştirakçılarının və təşkilatçıların ümümi gəliri isə təxmin 636 milyon dollar olacaq.

Money ləqəbli amerikalı döyüşçü Floyd Meyvezer-kiçik tarixdə ən çox qazanan boksçudur. O, bütün karyerası boyu 49 döyüş keçirib və hamısında qələbə qazanıb, 26 döyüşü isə nokautla başa vurub. Sonuncu dəfə o, rinqə 2015-ci ildə çıxıb.  Boks karyerasını məhz Makqreqor ilə münasibətlərini aydınlaşdırmaq üçün 2017-ci ilin mart ayında bərpa etmək qərarına gəlib.  

Konor Makqreqor Floyd Meyvezer-kiçikdən 11 yaş balacadır. Qarışıq döyüşlərdə 24 döyüş keçirib, onlardan 21-də qələbə qazanıb (18 nokautla), üçündə isə məğlub olub. O, UFC tarixində müxtəlif çəki kateqoriyalarında ikiqat çempion olan ilk döyüşçüdür. 

Tələsin, biletlərin sayı məhduddur!

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə sizi sevindirməyə hazırdır. 

ır.  

Xəbər lenti