Corc Buş qızına toy etdi - FOTO

Corc Buş qızına toy etdi - FOTO

ABŞ-ın sabiq prezidenti Corc Buşun qızı Barbara Buşun toyu olub.

7News.Az People-a istinadən bildirir ki, 72 yaşlı oğul Corc Buşun 36 yaşlı qızı sevgilisi, ssenariçi və yazıçı, 37 yaşlı Kreyq Lüis Koynla ailə qurub.

Toyda Barbaranın babası, Birləşmiş Ştatların keçmiş prezidenti, 92 yaşlı ata Corc Buş da iştirak edirdi.

Toy ABŞ-ın Men ştatındakı York bölgəsində, Kennebankport şəhərinin yaxınlığındakı Uolker Poyntda olub.

Uolker Poynt rançosu Buşlar ailəsinin malikanəsidir.

Media mənsublarının çağırılmadığı, qapalı keçən toyda cəmi 20 qonaq vardı. Buşlar ailəsi fotoları sosial şəbəkələrdə paylaşana qədər media toydan bixəbər qalıb.

 

Oğul Corc Buş qızını nikah mərasimində mehraba tərəf aparıb. Gəlinin yanında əkiz bacısı Cenna Buş-Heyqer vardı.

Çiçəkləri Cennanın qızları - 3 yaşlı Poppi və 3 yaşlı Marqaret daşıyırdılar.

Gəlinin əynində "Vera Wang" brendinin əsəri olan geyim vardı.

Buş qızına anası Barbaranın qolbağını hədiyyə edib.

Nənəsinin adı verilən Barbara ilə Kreyq ötən ilin noyabrında tanış olublar. Onlar ata Corc Buşla Barbaranın nişanlandıqları məkanda nişanlanmışdılar.

7News.Az

Corc Buş qızına toy etdi - FOTO

Corc Buş qızına toy etdi - FOTO

 Corc Buş qızına toy etdi - FOTO


Xəbər lenti