Azərbaycanlı meri 6 il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB

Azərbaycanlı meri 6 il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB

Yerli sakinlər "insanlıqdankənar və alçaldıcı” formada davranan Gürcüstanın Marneuli şəhərinin meri Temur Abazovu 6 ilə qədər həbs cəzası gözləyir. 

7news.Az xəbər verir ki, bununla bağlı Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. 

Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

11:23

Gürcüstanın Marneuli şəhərinin meri, azərbaycanlı Timur Abazov saxlanılıb. 

7news.Az xəbər verir ki, bununla bağlı Gürcüstan mediası məlumat yayıb. 

Abazov bir neçə gün əvvəl cücələrlə bağlı insident səbəbindən prokurorluğa çağırılıb. 

Belə ki, Marneuli şəhərində quş fabrikindən zibilliyə atılmış yüzlərlə yumurtadan cücə çıxıb. İnsidentin videosu "Facebook”da yayımlanıb. 

Bundan əvvəl Abazov bunu qeyri-adi hadisə adlandırıb və qeyd edib ki, cücələr zibillikdən şəhərin mərkəzinə kimi gəliblər. Bəzi yerli sakinlər cücələri özlərinə götürüb. 

"Mənə məlumdur ki, quş fabriki yumurtaların lax olduğunu hesab ediblər və atıblar. Ancaq yumurtalardan çoxlu cücə çıxıb. Bir çox yerli sakin cücələri özlərinə götürüb”, - o deyib.

7news.Az

Xəbər lenti