Daha bir süpürgəçini maşın vurub öldürdü - YENİLƏNİB + VİDEO

Daha bir süpürgəçini maşın vurub öldürdü - YENİLƏNİB + VİDEO

Səhər saatlarında Bakının "Neftçilər” metrostansiyası yaxınlığında qəza nəticəsində ölən süpürgəçi qadınının kimliyi məlum olub.

Bu barədə 7News.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, qadın hadisə yerində həyatını itirib:

"Bu gün səhər saat 07:00-da paytaxtın Nizami rayonu Qara Qaryev prospektində "90-DX-135” dövlət nişanlı, "Hyundai” markalı avtomobili idarə edən Şirinov Vurğun Yavər oğlu həmin ərazidə təmizlik işləri aparan 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı Nizami rayonu polis idarəsində cinayət işi qaldırılıb”.

10:37

Səhər saatlarında Bakının "Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.

7News.Az xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.

7News.Az

Xəbər lenti