Daha bir türk serialı reytinq qurbanı oldu - VİDEO

Daha bir türk serialı reytinq qurbanı oldu - VİDEO
Yeni mövsümə böyük ümidlərlə başlayan "Familya" serialı sona çatır.

7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Uğur Yecel, Erkan Kolçak Köstendil, Şükran Ovalı kimi ulduzlar olan ekran işi reytinqlərdə gözlənilən nəticəni verməyib. Fox TV rəhbərliyi da serialın finalı üçün qərarını açıqlayıb.

"Familya" sabah yayımlanacaq 10-cu seriyası ilə bitəcək.

Qeyd edək ki, serialın rejissoru Uğur Yücelin oğlu Can Yücel idi.

Xəbər lenti