Dağıstanda hökumət başçısı tutulub

Dağıstanda hökumət başçısı tutulub
7News.az xəbər verir ki, Dağıstan hökumətinin başçısı səlahiyyətlərini icra edən Abdusamid Həmidovun evində axtarış aparılır.
 
Hələlik bu məlumat rəsmi qaynaqlardan təsdiq olunmayıb. Məlumata görə, Həmidovun iş kabinetində də axtarış aparılır, habelə onun müavini Şamil İsayevin də otağının axtarıldığı bildirilir.
 
Xəbərlərə əsasən, hazırda Rusiya Baş Prokurorluğu Dağıstanda kütləvi yoxlamalar aparır. Yanvarın 17-də Moskvadan Dağıstana 38 prokurordan ibarət xüsusi təhqiqat qrupu göndərilib. Qrup hakimiyyət orqanlarının fəaliyyətini yoxlamağa başlayıb. Qrupa baş prokurorun müavini İvan Sıdoruk başçılıq edir.
 
Fevralın 2-də Mahaçqala şəhərinin baş arxitektoru Maqomedrəsul Gitinov dindirilib və dindirilmədən sonra saxlanılıb. Onu çoxmərtəbəli binanın tikintisinə icazə verilməsində, səlahiyyətlərini aşmaqda ittiham edirlər. Gitinova yeni ittihamların irəli sürüləcəyi istisna deyil. Habelə, yanvarın 19-da Mahaçqala meri Musa Musayevə qarşı cinayət işi qaldırılıb. O, korrupsiyada ittiham olunur./virtualaz.org
 
7News.az
 

Xəbər lenti