Dəhşətli kadrlar: qadının başından qurdlar çıxarıldı - VİDEO

Dəhşətli kadrlar: qadının başından qurdlar çıxarıldı - VİDEO

Preti Devi küçədə, dükanın yanında oturub ağlayırdı. Onun göz yaşlarını görən iki şəxs bu evsiz-eşiksiz, dilənçi qadına yardım etmək qərarına gəlirlər. Onlar bilmirdilər ki, qadını faktiki olaraq ölümdən xilas edirlər.

Olay beş ay əvvəl Hindistanın Racastan ştatındakı Bharatpur şəhərində yaşanıb.

"Apna Ghar" xeyriyyə təşkilatının iki əməkdaşı 30 yaşlı Preti Devinin sürəkli başını qaşıdığı və bu zaman ağladığını görərək onu hospitala aparıblar.

Hospitalda Pretini müayinə edən həkimlər şoka düşüblər. Çünki qadının başında qurdlar qaynaşırdı.

Dərhal cərrahiyyə əməliyyatına başlanıb və qaynaşan qurdlar çıxarılıb. Qurdlar Pretinin başının dərisini gəmirərək oyuqları xatırladan yuvalar açmışdılar.

Pretinin 5 ay davam edən müalicəsi dünən başa çatıb.

O, özünü yaxşı hiss etdiyini deyib.

 

"Küçədə oturub ağlayırdım. Ölürdüm. Mənə yardım etməsəydilər, çoxdan ölmüşdüm", - Preti Devi deyib.

Onun sözlərinə görə, təxminən altı ay əvvəl axşam saatlarında tanımadığı insanlar onu döyüblər. Başından yaralanıb və küçədə, zir-zibilin içində yaşadığı üçün yarasına qurd düşüb./milli

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli kadrlar: qadının başından qurdlar çıxarıldı

Xəbər lenti