Dəmiryol işçiləri "Rəsulzadədən" "Keşlə"yə qədər olan ərazini yandırdılar - NÖVBƏTİ TƏXRİBATIN VİDEOSU

Dəmiryol işçiləri
Dəmiryol işçiləri "Rəsulzadədən" "Keşlə"yə qədər olan ərazini yandırdılar - NÖVBƏTİ TƏXRİBATIN VİDEOSU

7NEWS.az xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsində, dəmiryol kənarında güclü yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə FHN-nin Yanğınsöndürmə ekipajı cəlb olub. 3 Yanğısöndürən maşın alovun qarşısını zorla alıb.
Hadisə nəticəsində yaxınlıqda yaşayan sakinlər ciddi narahatçılıq keçiriblər. Havaya qalxan zərərli maddələr, alov nəticəsində partayan şüşə qırıntıları ətrafa yayılıb.
İlkin məlumata görə yanğını Azərbaycan Dəmir Yolları QSC-nin işçiləri törədiblər. Belə ki, sakinlər və yanğısöndürənlərin ilkin rəyinə görə Dəmiryol işçiləri rels ətrafını tez-bazar təmizləmək üçün Rəsulzadə Qəsəbəsindən "Keşlə"yə qədər ərazini düz xətt üzrə yandırıblar. Bu zaman yaxınlıqda yaşayan insanları, evləri və kommunikasiya xətləri nəzərə alınmayıb.
7NEWS.az olaraq hesab edirik ki, son 15 gündə baş verən proseslərin fonunda bu olay Cavid Qurbanova qarşı təxribatdır. Bizdə olan məlumata görə bu və bu kimi proseslərin icrası üçün Cavid Qurbanov kifayət qədər maddi və texniki resurslar cəlb edibdir. Son bir neçə ildə Dəmiryol sahəsində baş verən dinamik inkişaf onu deməyə əsas verir ki, kimlərsə Cavid Qurbanovun səmərəli fəaliyyətindən qıcıqlanır. Hesab edirik ki, Dəmiryol şefi tez bir zamanda prosesə müdaxilə edəcək, yanğını törədənləri sərt şəkildə cəzalandıracaqdır.
7NEWS.az yanğın yerindən videonu təqdim edir:

Xəbər lenti