Deputat: “Elektron Büdcə” yaradılsın

Deputat: “Elektron Büdcə” yaradılsın

Dövlət büdcəsinin gəlir və xərc hissəsində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda "Elektron Büdcə” sisteminin yaradılması yaxşı olardı. 

7news.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Onun bildirdiyinə görə, gəlir və xərclərin bütün marşrutuna nəzarət edə biləcək bir innovativ sisemin yaradılması gələcəkdə büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə və nəzarət inzibatçılığının daha effektiv həyata keçirilməsinə imkan yaradacaq:

"Elektron Büdcə”- dövlət orqanlarının, büdcədənkənar fondların idarəedilməsini həyata keçirən orqanların, yerli idarəetmə orqanlarının və bələdiyyələrin fəaliyyətində şəffavlığı və hesabatlılığı təmin edən sistemdir. 

O, həmçinin, vahid informasiya məkanının yaradılması və dövlət və bələdiyyə idaerəetməsində İKT-dən geniş istifadə hesabına maliyyə idarəetməsini keyfiyyətinin artırılmasına nail ola bilir”.

7news.Az

Xəbər lenti