Dərbənddə Nizami Gəncəvinin abidəsinə xətər yetirildi - FOTO

Dərbənddə Nizami Gəncəvinin abidəsinə xətər yetirildi - FOTO

"Dərbənddə şair Nizami Gəncəvinin abidəsinə xətər yetirilib. Şəhər meriyası təhlükəsizlik tələblərimizə cavab vermir".

7news.Az xəbər verir ki, bunu Report-un Rusiya bürosuna açıqlamasında Dərbənd şəhərindəki Azərbaycan diasporunun rəhbəri Telman Hacəliyevdeyib.

Onun sözlərinə görə, naməlum şəxslər şairin heykəlinin baş barmağını sındırıb və abidə ətrafındakı parkı pis vəziyyətə salıblar.

"Ağaclar kökü ilə qarışıq torpaqdan çıxarılıb, qazon tapdanıb. Müvafiq tədbirlərin görülməsi və vandalların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və meriyaya müraciət etmişik", - T.Hacəliyev bildirib.

Onun sözlərinə görə, bu, ilk belə hadisə deyil.

"2015-ci ilin yanvar ayında abidəni yandırmışdılar. Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun göstərişi ilə abidə bərpa edildi, onun ətrafında isə abadlıq işləri həyata keçirildi. Amma park ərazisində müşahidə kameraları quraşdırılmadı və buna görə də də belə əməli törədənlər məsuliyyətdən qaçmağı bacarır. Ümid edirəm ki, bu dəfə problemə daha ciddi yanaşacaqlar və cinayətkarlar yaxalanacaq", - diaspor rəhbəri vurğulayıb.

 

7news.Az

Xəbər lenti