Diaqnostik qiymətləndirmədən keçənlərin sayı bəlli oldu

Diaqnostik qiymətləndirmədən keçənlərin sayı bəlli oldu

2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib.

7news.Az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında qeyd edilib. 

Məlumatda bildirilib ki, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə, əməkhaqları iki dəfə artırılıb.

2017-ci ildə 49 mindən, 2018-ci ildə isə 16 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 

7news.Az

Xəbər lenti