Dişləri ağrıyan pələng kəndə girdi - VİDEO - FOTO

Dişləri ağrıyan pələng kəndə girdi - VİDEO - FOTO

Diş ağrılarına dözə bilməyən pələng yardım üçün insanların yanına yönəlib. O, evlərdən birinə yönəlib və eyvanda uzanıb.

İnsident Rusiyanın Xabarovsk diyarındakı Lazo rayonunda, Solonstvıy kəndində yaşanıb.

"Kəndin kənarında, çayın sahilində və meşənin yanındakı evində arvadı və nənəsi ilə yaşayan Aleksey Haydeyev pələnglə üzləşib. Səhər erkəndən həyətə çıxmaq üçün qapını açmaq istəyən Aleksey buna nail olmayıb.O, qapını var gücü ilə itələyib. Qapı bir qədər açılanda Aleksey eyvanda pələngin uzandığını görüb. Pələng nərə çəkib, Aleksey də qorxub tez qapını bağlayıb. O, bələdiyyəyə, ovçuluq təsərrüfatına zəng vurub. Ovçular gələnədək pələng eyvanda uzanmışdı", - kənd sakini Qalina Simarno deyib.

Hadisə yerinə Rusiya Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin regional idarəsinin vəhşi heyvanlarla münaqişəli vəziyyətlərin nizamlanması qrupunun əməkdaşları və "Amur pələngi" Mərkəzinin əməkdaşları gəliblər.

Pələngə yuxu dərmanı vurulub və yırtıcı Kutuzovka kəndinin yaxınlığındakı "Utyos" reabilitasiya mərkəzinə göndərilib.

"Amur pələngi" Mərkəzinin baş direktoru Sergey Aramilevin dediyinə görə, 3 yaşlı dişi pələngin dişlərində ciddi ağrılar vardı. Arıqlamış pələng indi müalicə olunur./milli

 

7News.Az

Dişləri ağrıyan pələng kəndə girdi - VİDEO - FOTO

Dişləri ağrıyan pələng kəndə girdi - VİDEO - FOTO


Yardım üçün kəndə girdi

Xəbər lenti