Doroxin Azərbaycan xalqına müraciət etdi

Doroxin Azərbaycan xalqına müraciət etdi

"Təxminən, doqquz il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri tam möhkəmləndirmək üçün gəlmişdim. Bu tapşırığı yerinə yetirmək çətin olmadı. Qarşımda yalnız açıq qapılar var idi. Çünki Rusiya kimi, Azərbaycan da əlaqələrin möhkəmləndirilməsi üçün çalışırdı".

7news.Az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycandakı diplomatik missiyasını başa vuran Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin müraciətində deyilir.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin V.Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

"Bu illər ərzində bir-birinin suverenliyinə mütləq hörmət, müdaxilə etməmək və maraqların balansı prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən çox mühüm hadisələrin şahidi və iştirakçısı olmaq imkanı qazanmışam. Biz bir-birimizi daha yaxşı başa düşməyi, keçmişdəki əlaqələrimizdə olan bütün yaxşı şeyləri qiymətləndirməyi, zamanın yeni tələblərinə uyğun əməkdaşlıq qurmağı öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin xoş xarakterini milyonlarla insan hiss edə bildi", - səfirin müraciətində bildirilib.

 

7news.Az

Xəbər lenti