Dubay şahzadəsinin ən bahalı və nadir oyuncaqları - FOTOLAR

Dubay şahzadəsinin ən bahalı və nadir oyuncaqları - FOTOLAR
Dubayın hakim ailəsinin üzvü, Məhəmməd ibn Rəşid əl Məktumun oğku, 2008-ci ilin 1 fevral tarixindən vəliəhd şahzadəsini dünyada tanıyaman yoxdur.
 

O, Ərəb Əmirliyinin ən varlı şahzadəsidir. Fazza ləqəbi ilə məşhurdur. Onun milyardlarla dolları var.

Bu gün oxuculara şahzadənin ən bahalı oyuncaqlarının siyahısını təqdim edirik.

Dünyanın ən bahalı dəvəsi

 

Fazza dəvələri o qədər sevir ki, bir dəvəyə 2.7 milyon dollar ödəyib. Bu dəvə dəvələr arasında keçirilən gözəllik müsabiqəsinin qalibidir. 17 min dəvə arasında ən gözəli seçilib. 


Şotlandiyada mülk

Mülkü ona atası alıb. Mülkün ərazisi 63 min hektardır. Ərazidə 14 otaqlı ev var və ev göl sahilində inşa edilib. Ev şahzadə və ailəsi üçün ov evi kimi nəzərdə tutulub. Onlar hər il ov üçün Şotlandiyaya səfər edirlər.


Amfibiya maşınlar

"WaterCar” Kaliforniya şirkəti suda hərəkət edən maşın üzərində işləyir. Fazza da bu şirkətdən özünə avtomobil alıb. "The Python” quruda saatda 80 mil, suda isə 45 mil sürətlə hərəkət edir. Şahzadənin altı ədəd belə avtomobili var. Bir maşının qiyməti 150 min dollardır.


Palm Jumeirah Zabeel Saray

Şahzadənin otelidir. Arxitekturasına görə, şahzadənin sahibi olduğu ən gözəl binadır. Ehtimal edilir ki, şahzadə otelin inşasına 12 milyard dollar xərcləyib.

Kanadanın ən bahalı penthausu
2013-cü ilin ən bahalı mülk müqaviləsi Kanadada imzalanıb. "Fairmont Pacific Rim” otelindəki üç penthaus satın alındı. Alıcı adının məxfi qalmasını istəsə də, penthauslar şahzadəyə aiddir. O, bir neçə dəfə ailəsi ilə Vankuverə səfər edib.


At

2014-cü ildə Fazza və atası 3 milyon dollara at aldı. Sonra isə hər biri 1.8 milyon dollar olan iki at aldı. 2014-cü ildə şahzadə üç at üçün 6.5 milyon dollar xərclədi. Şahzadə bu atlarla yarışda iştirak edir.


Təyyarələr

Fazza və ailəsinin 40 təyyarəsi var. Bu təyyarələr şəxsi istifadə yox, Dubay aviasiya biznesini təkmilləşdirmək üçün alınıb. "Boeing 787-10” təyyarəsinin qiyməti 306 milyon dollardır. Şahzadənin 15 milyard dollarlıq təyyarəsi var.


Tank parkı

"Ripsaw” tankarının sahibi əvəllər məhsullarını ABŞ ordusuna və şəxsi sektora satırdı. Bir tankın qiyməti 500 min dollardır. Şahzadənin isə böyük bir parkı var. Ümumi parkın qiyməti bilinmir.


Lamborghini Veneno Roadster

Çox nadir avtomobildir. 2014-cü ildə cəmi 9 belə avtomobil istehsal edilib. Fazza onlardan altısına sahibdir. Bir avtomobilin qiyməti 4.5 milyon dollardır. Şahzadə bu maşınlar üçün 27 milyon dollar xərcləyib.


McLaren P1

Super hibrid avtomobildir. Maksimal sürəti 217 mil/saatdır. Rəsmi olmasa da, ilk "McLaren P1” Dubayda naməlum şəxsə satılıb. Ehtimal edilir ki, şahzadə alıb.


Ferrari

"Ferrari La Ferrari” hibrid avtomobildir və məhdud sayda istehsal edilib. Bu unikal maşından ikisi hərracda 7 və 10 milyon dollara satılıb. Bunlardan başqa Fazzanın "F12 Berlinetta” modeli də var.


Bugatti Veyron Grand Sport Vitesse
Dünyanın ən sürətli avtomobilidir. Şahzadənin kolleksiyasında var. Qiyməti 1.7 milyon dollardır. Saatda 250 mil sürətlə hərəkət edə bilir.

 

7News.Az


Xəbər lenti