Dünya Bankı qlobal sərvətin həcmini açıqladı – Siyahıda Azərbaycan da var

Dünya Bankı qlobal sərvətin həcmini açıqladı – Siyahıda Azərbaycan da var

Dünya Bankı "Ölkələrin Dəyişən Sərvəti-2018” hesabatını açıqlayıb. Hesabata görə, 2014-cü ildə qlobal sərvət 66 faiz artaraq 1 katrilyon 124 trilyon dollara yüksəlib. Bununla belə, sərvət bölgüsündə ciddi bərabərsizlik olduğu bildirilir.

 Dünya Bankı 1995-2014-ci illər üzrə yatırılan təbii sərmayələri (meşələr və mədənlər), insan kapitalı (bir insanın ömür boyu əldə etdiyi qazanc), istehsal sərmayəsi (binalar) və xalis xarici aktivləri nəzərə alaraq 141 ölkənin sərvətini araşdırıb. 

Məlum olub ki, son 20 ildə qlobal sərvət artsada, 20-dən çox ölkədə adambaşına düşən gəlirlər azalıb və ya eyni səviyyədə qalıb.

Beləliklə, qlobal sərvət 2014-cü ildə sabit qiymətlərlə 66 faiz artaraq 690 trilyon dollardan 1 katrilyon 143 trilyona yüksəlib. 

Yüksək gəlirli OECD ölkələrində adam başına düşən sərvət aşağı gəlirli ölkələrə görə 52 qat daha yüksəkdir.

Qadınlar ömür boyu az qazandıqları üçün onların sahib olduqları maliyyə vəsaitləri qlobal sərvətin 40 faizindən azını təşkil edib.

Adambaşına düşən sərvətin həcminə görə Norveç birincidir - 1 milyard 671 min 756 dollar, İsveçrədə bu rəqəm 1 milyard 466 min 757 dollar, Lüksemburqda 1 milyard 288 min 607 dollardır. 

Hesabata əsasən, 2014-cü ildə Azərbaycanda adambaşına 85 341 dollar dəyərində sərvət düşüb. 

7News.Az

Xəbər lenti