Dünya bu hadisədən danışır - Səhər oyanıb gördüklərindən dəhşətə gəldilər - VİDEO

Dünya bu hadisədən danışır - Səhər oyanıb gördüklərindən dəhşətə gəldilər - VİDEO
Çinin Jiangsu əyalətindəki Sankeşu qəsəbəsinə gedən yolun 800 metrlik hissəsi, yerindən sökülərək oğurlanıb.

Şübhəli betonun tonunu 5 min Çin yuanına (təxminən 1500 manat) bir tikinti şirkətinə satdıqdan sonra ələ keçib.

Yolun söküldüyünü görən qəsəbə sakinləri heyrətləniblər. Yolun beton hissəsinin oğurlandığı barədə kəndlilər dərhal səlahiyyətlilərə xəbər veriblər.

Polislər tərəfindən saxlanılan Zhu adlı şübhəli qazma qurğusu kirayələyərək təxminən 500 ton beton oğurladığını etiraf edib.

Oğru bu yoldan çox istifadə edilmədiyi üçün bu addımı atmaq qərarına gəldiyini deyib./milli.az
 
7News.az
 




Xəbər lenti