Dünya çempionuna Bakıda “Formula-1” bileti hədiyyə olundu

Dünya çempionuna Bakıda “Formula-1” bileti hədiyyə olundu

İtaliyanın sərbəst güləş üzrə millisi Bakıda təlim-məşq toplanışındadır.

7news.Az xəbər verir ki, İtaliyanın həm kişilər, həm də qadınlar üzrə sərbəst güləş yığması aprelin 30-da Dağıstanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatına hazırlığı məhz Bakıda – Olimpiya Güləş Mərkəzində keçir.

İtaliya yığmasının heyətində ikiqat dünya və ikiqat Avropa çempionu Frank Çamiso da var. İtaliya millisinin kubalı legioneri Oxu.Az-ın suallarını cavablandırıb.

"Hər dəfə Bakıya gələndə burda xoş təəssüratla ayrılıram. Buranın insanları çox mehribandır. Bura üçüncü dəfədir ki, gəlirəm. Əvvəl Avropa Oyunlarında burda olmuşdum, onda gümüş medalla Azərbaycanı tərk etmişdim. Sonuncu dəfə isə ötən il Novi Saddakı Avropa çempionatına hazırlığı Bakıda keçmək üçün gəlmişdik”.

Avropa çempionatında əsas rəqiblərinin Rusiya, Azərbaycan və Türkiyədən olduğunu bildirən 25 yaşlı idmançı Bakıda "Formula-1” yarışının keçirildiyindən xəbərdar olduğunu bildirib:

"Şəhərinizdə çoxlu dəyişikliklər gördüm. Bu da "Formula-1”lə əlaqədardır. Yeri gəlmişkən, mənə həmin yarışa bilet hədiyyə olunub. Çünki mən güclü idmançıyam (gülür)”.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləş üzrə kişilərin yarışı 4-6 may tarixlərində baş tutacaq.

7news.Az

Xəbər lenti